Şamaxı şəhəri 2023-cü il üçün Türk dünyasının turizm paytaxtı seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bu barədə qərar mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə qəbul edilib.
Qərara əsasən, Şamaxı şəhəri 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək Türk dünyasının turizm paytaxtı olacaq.*
E.Şəfiyev