Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 723-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl altı gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 710 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 964 nəfər (sutka ərzində +7) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 49 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 793 (ötən gün 1 min 842 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 877 min 141 test aparılıb.*
B.Rüstəmbəyov