İtaliya yeni məhsul və enerjinin alınması üçün plastikin təkrar emalı məsələsində Azərbaycana kömək etmək niyyətindədir. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün ADA Universitetində İtaliya Dizayn Günü çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycan tərəfi bununla bağlı İtaliyanın “Maire Tecnimont” holdinqi ilə danışıqlar aparır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, holdinq artıq Azərbaycanda bir layihə həyata keçirib. “Maire Tecnimont” illik istehsal gücü 180 min ton olan polipropilen zavodunun (Sumqayıt) tikintisi üzrə podratçı olub.*
E.Şəfiyev