Azərbaycan Prezidentinin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının və onun bir sıra qurumlarının işçilərinin say həddi təsdiq edilib.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.*