ABŞ Cənubi Qafqazda sülhün bərpası məqsədilə sərhədlərin demilitarizasiyası və demarkasıyasında Ermənistan və Azərbaycana yardım etməyə hazırdır. ABŞ Dövlət Deartamentinin məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan ilə söhbət zamanı bəyan edib.
“Blinken sərhədlərin delimitasiyası və demarkasiyası üzrə səylərdə Birləşmiş Ştatların yardımını təklif edib, regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyişə çağırıb”, - məlumatda deyilir.
Bildirilir ki, Blinken Cənubi Qafqazda problemlərin həlli məqsədilə ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və Vaşinqtonun Ermənistan və Azərbaycan liderləri arasında Aİ-nin vasitəçiliyi ilə danışıqları dəstəklədiyini təsdiq edib.
O qeyd edib ki, ABŞ “ikitərəfli əsasda və həmfikir-tərəfdaşları ilə qarşılıqlı fəaliyyətdə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsdəri rolundan istifadə etməklə Ermənistan və Azərbaycana uzunmüddətli hərtərəfli sülh əldə etməyə yardıma hazırdır”.
Həmçinin, dövlət katibi “bütün regionda sülh, sabitlik və rifahın təminatı üçün Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının vacibliyini vurğulayıb”.
**