30 aprel 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,933 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprelin sonuna Bakıda 1 558 ədəd (azalma 0,2%), bölgələrdə 1 375 min ədəd (artım 2,1%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 67,964 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricisindən 11,5% çoxdur.
Bununla yanaşı, Bakıda 45,412 min ədəd (artım 11,9%), regionlarda 22,552 min ədəd (artım 10,7%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 66,7631 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.**
X.Nəsirzadə