Azərbaycan Xarici İşlər Nazirliyi İraq Respublikasının cəzaçəkmə müəssisəsində və uçaq evlərində saxlanılan 2 uşağın repatriasiyası barədə məlumat verib.
“Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş 2 uşağın (Azərbaycan Respublikasının vətəndaşları olan valideynləri qanunsuz silahlı birləşmələrin tərkibində döyüşüblər - İF) Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkəmizə repatriasiyası həyata keçirilib”, - XİN-in məlumatında qeyd olunur.
Bildirilir ki, bu günə qədər 288 uşaq və 2 qadın olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb. **
E.Şəfiyev