Mayın 26-da “Bank BTB” ASC 5 milyon manat məbləğində istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilir.
“25 may 2022-ci il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib”, - məlumatda deyilir.
Emissiya biq qiymətli kağız üçün nominalı 1 min manat olan 5 min istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti – 6 il, illik gəlirlilik faizi – 9% (kupon ödənişi – hər ay) təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda bank fəaliyyəti üçün lisenziya əldə edib. Bankın səhmdarları 3 fiziki şəxsdir. **
X.Nəsirzadə