Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş tutub.
“Nazirlər iki ölkə arasında mövcud olan geniş ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar”, - Azərbaycan XİN məlumat verir.
Həmçinin, Bayramov və Tleuberdı çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Tərəflər regional məsələlər, xüsusilə iqtisadi, nəqliyyat və logistika sahələrində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - XİN-dən qeyd ediblər. **
E.Şəfiyev