Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilir.
“Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri nümayiş olunur”, - məlumatda vurğulanır.
Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa pilotları da iştirak edirlər. **
E.Şəfiyev