Azərbaycan hökuməti azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat yönəldib. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
“İndiyədək Azərbaycanın azad edilmiş ərazilərində şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat sərf olunub”, - Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir əlavə edib ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinə dövlət büdcəsindən 2,2 milyard manata yaxın vəsait ayrılıb.
Onun sözlərinə görə, 2021-ci ildə Prezidentin Ehtiyat Fondundan 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi dövründə erməni təcavüzü nəticəsində ziyan dəymiş şəhər və yaşayış məntəqələrində bərpa işlərinə 48,9 milyon manat ayrılıb. **
R.Əhmədov