Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bu fərman qüvvəyə mindikdən sonra Azərbaycan Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya Müdafiə Nazirliyi arasında imzalanıb. Sənədi iki ölkənin müdafiə nazirləri Zakir Həsənov və Artis Pabriks imzalayıblar. **
E.Şəfiyev