Çərşənbə günü müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir. **
E.Şəfiyev