Azərbaycanda koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 732-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün həmçinin 9 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl 7 gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 710 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 969 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 290 (ötən gün 2 min 793 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 880 min 431 test aparılıb.**
X.Nəsirzadə