Ermənistanla Türkiyə arasında danışıqlarda münasibətlərin normallaşması və sərhədlərin açılması ilə əlaqədar əhəmiyyətli nəticələr yoxdur. Bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan bəyan edib.
“Hazırki mərhələdə, prosesin ilkin şərtsiz davam etməsi barədə nə qədər danışsaq belə, türk həmklarlarımız bu prosesi Ermənistanla Azərbaycan arasında proses ilə sinxronlaşdırırlar. Və bu əlavə konstruktivizm əlavə etmir”, - Mirzoyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində bildirib.
“Gələcəkdə nəticələrin olacağına ümid edirik. Bəyanatlarımızda səmimiyik və münasibətlərin normallaşması və sərhədlərin açılmasında maraqlıyıq. Həmçinin, hansısa mərhələdə görüşlərin Ankara və İrəvanda keçiriləcəyini istisna etmirəm”, - XİN başçısı qeyd edib. **