MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib.
“Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb”, - Lebedev 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə yazıb.
Təbrikin mətni çərşənbə günü Azərbaycan liderinin saytında dərc olunub.
“Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə istiqamətlənmiş kompleks dövlət islahatları yolu ilə inamla irəliləyir”, - Lebedev əlavə edib. **
R.Kərimov