Hərbi Prokurorluq tərəfindən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk etməsi ilə əlaqədar cinayət işi başlanılıb.
Çərşənbə günü Hərbi Prokurorluqdan verilən məlumata görə, toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb. Araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu maddədə nəzərdə tutulmuş əməlləron gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. **