Azərbaycan Ukraynadakı vəziyyətin ölkənin ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edilməsini vacib hesab edir. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur, bu normalara əməl olunmasının tərəfdarıdır.
C.Bayramov qeyd edib ki, Bakı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün tərəfləri vaxt itirmədən dialoqa çağırıb və tərəflər arasında birbaşa danışıqların zəruriliyini vurğulayıb.
XİN rəhbəri əlavə edib ki, Azərbaycan Ukraynaya ilk humanitar yardım göstərən ölkələr sırasındadır. “Bu günədək tərəfimizdən Kiyevə 15 milyon avroluq humanitar yardım göstərilib”, - deyə o bildirib.*
R.Əhmədov