Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 26-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Mayın 26-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,816 manat/1EUR səviyyəsində (mayın 25-nə 1,8199 manat/1EUR) müəyyən edilib.
AMB mayın 26-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0281 manat/1RUB səviyyəsində (mayın 25-nə 0,0307 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə