Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 23-25 may tarixlərində Norveç Krallığına işgüzar səfər edib.
“Səfər çərçivəsində Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eivid Vad Petersson, Norveç Stortinqi (Parlament) Xarici işlər və müdafiə üzrə daimi komitəsinin sədri Ine Eriksen Soreide, Stortinqin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ingjerd Schou və “Equinor” şirkətinin vitse-prezidenti Qustavo Baquero ilə görüşlər keçirilib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Norveç Beynəlxalq Məsələlər İnstitutunun (NUPİ) tədqiqatçıları ilə keçirilmiş dəyirmi masada post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və hazırda aktuallıq kəsb edən beynəlxalq və regional mövzular nəzərdən keçirilib.*
E.Şəfiyev