Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
“Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır”, - deyə Azərbaycan Prezidentinin saytında dərc olunmuş təbrik məktubunun mətnində bildirilir.
Putin qeyd edib ki, fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə iki xalqın mənafelərinə cavab verir.
“Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”, - deyə təbrikdə vurğulanır.*
E.Şəfiyev