1 may 2022-ci il tarixinə koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinin muzdlu işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlət tərəfindən 250,8 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib. Bunu Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə deyib.
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən 1 may 2022-ci il tarixinə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 25,184 min vergi ödəyicisinin 243962 nəfər muzdlu işçisinin əmək haqlarının ödənilməsi üçün 250,8 milyon manat vəsaitin onların bank hesablarına köçürülməsi təmin edilib”, - deyə o, “Vergilər” qəzetinə müsahibəsində bildirib.*
X.Nəsirzadə