Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ABŞ-ın bu ölkədəki səfiri Lin Treysi ilə görüşüb.
“Baş nazir Ermənistan-Amerika əməkdaşlığının və strateji dialoqun intensivləşdiyini bildirib, həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi dəqiq mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildiriblər.
Paşinyan qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olması gündəliyini rəhbər tutur və beynəlxalq tərəfdaşların bu prosesə davamlı dəstəyini qiymətləndirir.
Öz növbəsində, Treysi bildirib ki, ABŞ demokratik islahatların həyata keçirilməsində, Qarabağ probleminin həllində və regional sabitliyin bərqərar olmasında Ermənistana dəstəyi davam etdirəcək.*