Bu il aprelin 23-də Azərbaycan sərhədini keçmiş Ermənistan ordusunun əsgəri Eduard Martirosov qarşı tərəfə təhvil verilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib”, - deyə məlumatda bildirilir.*