Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mayın 28-də “TEKNOFEST Azərbaycan” festivalını ziyarət edəcəklər. Bunu Bakıda keçirilən festivalın açılış mərasimində çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı 26-29 may tarixlərində keçirilir.
Ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Türkiye Teknoloji Takımı Vakfının birgə təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Azərbaycan ilk dəfə festivalda 2021-ci ildə iştirak edib.
Bu il TEKNOFEST ilk dəfə Türkiyə hüdudlarından kənarda keçirilir. Bakıda “TEKNOFEST Azərbaycan”ın təşkilatçıları Teknoloji Takımı Vakfı, Sənaye və Texnologiya Nazirliyi və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.*
E.Şəfiyev