Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilib.
“Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik”, - deyə təbrikdə bildirilir.*
E.Şəfiyev