Rəsmi Bakı Azərbaycan Prezidenti İlham Əliyevin mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün nəticələrini müsbət qiymətləndirir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Hesab edirik ki, üçtərəfli görüş postmünaqişə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə töhfə verir. Bu prizmadan Brüssel görüşünü çox faydalı və uğurlu hesab edirik”, - deyə C.Bayramov bu gün jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, hazırda tərəflər iki ölkə arasında kommunikasiyaların açılması istiqamətində iş aparır. “Üçtərəfli görüşdə müzakirələr zamanı tərəflər bir sıra məsələlərlə bağlı mövqelərini yaxınlaşdırmağa nail olublar”, - deyə o vurğulayıb.
XİN rəhbərinin sözlərinə görə, Ermənistan həm avtomobil, həm də dəmir yollarının açılmasında maraqlı olmalıdır.*
X.Nəsirzadə