Azərbaycanda koronavirus infeksiyasına son sutkada 3 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 732-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 9 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 712 nəfərə çatıb.
Virusa yoluxmuş 782 min 978 nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 45 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 692 (ötən gün 3 min 290 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 883 min 123 test aparılıb.*
E.Şəfiyev