Mayın 26-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat yayıb.
İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.
“Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduqlarını bildiriblər. Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə