İtaliya Bakı ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin imzalanmasına yönəlmiş danışıqlara bundan sonra da tam dəstəyini verəcək. Bunu İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyib.
“Çoxsaylı görüşlərimiz, xüsusilə də qarşılıqlı dövlət səfərlərimiz zamanı qeyd etdiyimiz kimi, birgə maraq kəsb edən bütün sahələrdə ikitərəfli münasibətlərimizdə əldə olunan bu yüksək səviyyəni vurğulamaqdan xüsusi məmnunluq duyuram. İkitərəfli tərəfdaşlığımız iqtisadi əməkdaşlığın inkişafından başlamış, siyasi, mədəni və sosial sahələri də əhatə etmişdir. Bu müsbət təcrübədən çıxış edərək, əminliklə deyə bilərəm ki, xalqlarımızı birləşdirən səmimi dostluğun gələcək illərdə daha da dərinləşməsi üçün yeni imkanlar yaranacaqdır”, - deyə S.Mattarella vurğulayıb.
O, Əliyevi sentyabr ayında İtaliyaya səfərə dəvət edib.*
X.Nəsirzadə