1 iyun tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 20 milyon manat məbləğində istiqrazlarının yerləşdirilməsi keçiriləcək. Bu barədə Bakı Fond Birjasınıdan (BFB) məlumat verilir.
Emissiya bir istiqraz üçün nominalı 1 min manat olan 20 min qiymətli kağıza bölünüb.
İstiqrazların tədavül müddəti – iki il, gəlirlilik – illik 6%-dir. Kupon ödənişi rübdə bir dəfə həyata keçiriləcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında dövlətin ümumi payı təxminən 96%-dir. Bu pay “Azərbaycan İnvestisiya Holdinqi” tərəfindən idarə olunur. **
R.Əhmədov