Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər etməyi planlaşdırır.
Tokayev 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Tokayev təbrik məktubunda qeyd edir ki, Əliyevin rəhbərliyi lə Azərbaycan “dövlətçiliyin möhkəmlənməsi, əhalinin sosial-iqtisadi rifahının təmin edilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində sanballı uğurlara nail olub”.
“Qazaxıstanda qardaş Azərbaycan xalqının nailiyyətlərinə ürəkdən sevinir və qarşılıqlı əməkdaşlığın hərtərəfli dərinləşməsinə yüksək diqqət ayırırlar”, - dövlət başçısının saytında dərc olunan təbrikdə deyilir.
Öz məktubunda Tokayev məlumat verir ki, “Azərbaycana dəvətinizi məmnuniyyətlə qəbul edirəm”.
“Əminəm ki, qarşıdakı danışıqların yekunları ikitərəfli qarşılıqlı fəaliyyətin böyük potensialını tam həcmdə üzə çıxarmağa və Qazaxıstan-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək”, - Qazaxıstan prezidenti vurğulayıb. **
E.Şəfiyev