Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Prezidenti və birinci xanım mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar, Ağalı kənd sakinləri ilə görüşüblər. Bu barədə dövlət başçısını saytında məlumat verilir.
Xəbər verildiyi kimi, “Ağıllı kənd” layihəsiAğalı kəndində həyata keçirilir. Tikinti işlərinin ümumi ərazisi 110 hektar təşkil edir.
Layihə 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisini nəzərdə tutur.
Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. Əkin sahəsi 600 hektar təşkil edir.
2021-ci ildə Azərbaycan hökuməti azad edilmiş ərazilərdə “Ağıllı kənd” layihələrinin reallaşdırılmasına 60 milyo manatdan artıq vəsait ayırıb. **
N.Abbasova