Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi Əzizağa Umarov Ağdam rayonunda piyada əleyhinə minaya düşüb. Bu barədə DİN məlumat verir.
“Hərbçi Umarov Ağdam rayonunun Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb”, - məlumatda qeyd olunur.
Yaralı Umarov hospitala yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda araşdırma aparılır. **
E.Şəfiyev