Polşa prezidenti Andjey Duda Azərbaycan Respublikasının milli bayramı 28 May – Müstəqillik Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib.
Dudanın təbrik məktubunda qeyd olunur ki, "Azərbaycan Cənubi Qafqaz regionunda Varşava üçün mühüm tərəfdaşdır”.
“2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan təbrik məktubunda qeyd edilir. **
E.Şəfiyev