5 iyun 2022-ci il tarixindən etibarən “Uzbekistan Airways” aviaşirkəti Daşkənd-Bakı beynəlxalq marşrutu ilə uçuşların sayını həftədə üç dəfəyə qədər artıracaq.
“Hazırda bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı yerinə yetirilir. 5 iyun 2022-ci ildən etibarən isə bazar günləri də yerinə yetiriləcək”, - “İnterfaks-Azərbaycan” aviaşirkətə istinadən məlumat verir.
Aviabiletləri aviaşirkətin rəsmi saytında, “Uzbekistan Airways Sales” filialında və agentlərdən əldə etmək mümkündür. **
N.Abbasova