“Rosturizm”in başçısı Zarina Doquzova Dağıstan Respublikasının rəhbəri Sergey Melikov ilə infrastrukturun inkişafı, həmçinin Xəzər dənizində Rusiyadaxili və beynəlxalq kruizlər məsələlərini müzakirə edib.
“Turizm infrastrukturunun inkişafı perspektivləri müzakirə edilib. Həmçinin, Rusiyada kruiz turizminin inkişafı çərçivəsində Azərbaycan, Qazaxıstan, İran və s. limanlara giriş ilə Xəzərdə kruizlərə başlanması müzakirə olunub”, - Doquzovanın Dağıstana işgüzar səfərinin yekunlarına dair “Rosturizm”in mətbuat xidmətindən məlumat verilir. **