Prezident İlham Əliyev məlumat verib ki, Zəngilan rayonunda böyük aqropark salınıb, cari il ilk məhsul götürüləcək.
“Zəngilana, Şuşaya, başqa yerlərə həyat qayıdır. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”, - Əliyev cümə günü Zəngilan rayonunun Ağalı kndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən söyləyib. **
E.Şəfiyev