Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Zəngilan rayonunun Ağalı kəndinin genişləndirilməsi layihəsi ona təqdim olunub.
“Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur”, - Əliyev Zəngilan rayonunun Ağalı kənd sakinləri ilə görüş zamanı bildirib.
O, həmçinin qeyd edib ki, kənddə artıq məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək fəaliyyət göstərir.
Prezident əlavə edib ki, həm Zəngilan rayonunda, həm də Baş planları təsdiq edilmiş digər rayonlarda inşaat işləri daha sürətlə gedəcək. **
X.Nəsirzadə