Azərbaycan prezidenti İlham Əliyev cümə günü Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunan sərəncam 213 nəfərə şamil edilir. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 168 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 36 şəxs cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılir. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 şəxs cəzadan azad edilir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir. **