Belarus Azərbaycanla birlikdə Belarus maşınqayırma flaqmanlarının iştirakı ilə sənaye klasteri yaradacaq. Bu barədə cümə günü baş nazirinin müavini İqor Petrişenkoya istinadən Belarus hökumətinin mətbuat xidməti məlumat verib.
“Hazırda Gəncə Avtomobil Zavodunun bazasında Belarus Belarus maşınqayırma flaqmanlarının iştirakı ilə sənaye klasterinin yaradılması, həmçinin lift və baytarlıq preparatlarının istehsalı üzrə birgə layohələr üzərində iş aparılır”, - məlumatda deyilir. “Ali və yüksək səviyyələrdə təmaslarda bir sıra qarşılıqlı səmərəli qabaqcıl layihələr nəzərdə tutulur, onların reallaşdırılması bizə nəinki Azərbaycan istehlakçılarının tələbatını ödəməyə, həm də birlikdə üçüncü ölkələrin bazarlarına çıxmağa imkan yaradacaq”, - mətbuat xidməti baş naziri müavininin sözlərində sitat gətirir.
Petrişenko məlumat verib ki, ötən il ərzində Belarus ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən iki dəfə - $885 milyona qədər artıb. **