Pakistan İslam Respublikasının baş naziri Şahbaz Şərif 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda Şərif “siyasi, iqtisadi və mədəni sahələr də daxil olmaqla, ikitərəfli əməkdaşlıqdakı qarşılıqlı maraqlar və sabit dinamika növbəti illərdə daha da inkişaf edəcəyinə”əminlik ifadə edib.
Həmçinin, baş nazirin məktubunda deyilir ki, İslamabad Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin (Qarabağ və Şərqi Zəngəzurun - İF) yenidən qurulmasında və bərpasında Bakıya öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır.
“Pakistan Qarabağ müharibəsində Azərbaycanın haqq işini dəstəkləməkdən qürur duyur. Zati-alinizin Cənubi Qafqazda sülh və sabitliyin təşviqindəki şəxsi səylərini yüksək dəyərləndirirəm. Həmçinin hökumətinizə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasında və bərpasında uğurlar arzulayıram. Pakistan bu sahədə öz köməyini göstərməyə və təcrübəsini bölüşməyə hazırdır”, - Şərif yazıb. **