Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cümə günü Zəngilan rayonuna səfər çərçivəsində “Aqroservis” ASC tərəfindən təqdim edilən “ağıllı kənd təsərrüfatı” texnikaları ilə tanış oldular.
Prezidentin diqqətinə çatdırıldı ki, Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək.
Daha sonra Əliyev “Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə tanış oldu. **
E.Şəfiyev