Şənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportu Polşanın “LOT” aviaşirkətinin ilk reysini qəbul edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
“Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub. Ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb”, - aeroportun Teleqram kanalında qeyd olunur.
Qeyd edilir ki, Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək. **
R.Kərimov