Şənbə günü Fransanın səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib və səfirə Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etiraz bildirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Şənbə günü Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 27 may tarixində Paris şəhərinin meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsi ilə görüşməsi ilə bağlı etirazını bildirib”, - XİN-in saytında məlumat verilib.
Azirlikdən bildirilir ki, “Fransa rəsmisi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan bu addımın Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi səfirin diqqətinə çatdırılıb”.
Azərbaycan XİN-dən vurğulanır ki, “Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışı, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun deyil”. **
R.Kərimov