Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin üzvlərinin təyin edilməsi üçün Rəşad Orucov və Əliyar Məmmədyarovun namizədlikləri təsdiq üçün Milli Məclisə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentdəki mənbə məlumat verib.
“Milli Məclisə Rəşad Orucov və Əliyar Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvləri təyin edilməsi ilə bağlı ölkə prezidenti tərəfindən təklif daxil olub. Bu məsələyə mayın 30-da parlamentin profil komitəsi tərəfindən, mayın 31-də isə parlamentin iclasında baxılacaq”, - mənbə bildirib.
Rəşad Orucov 2011-ci ilin iyun ayından Azərbaycan Mərkəzi Bankın baş direktoru, Əliyar Məmmədyarov 2016-cı ilin may ayından AMB sədrinin müşaviridir. **
A.Əzizov