Azərbaycan Müdafiə Nazirliyi şənbə günü Azərbaycan-Ermənistan dövlət sərhədində açılan atəş nəticəsində erməi hərbçinin yaralanması barədə Ermənistan KİV-in yaydığı məlumatı təkzib edir.
“Azərbaycan-Ermənistan dövlət sərhədində guya Ordumuzun bölmələri tərəfindən açılan atəş nəticəsində qarşı tərəfin hərbi qulluqçusu David Vardanyanın yaralanması barədə Ermənistan mətbuatında yayılan dezinformasiya xarakterli məlumat yalandır, həqiqəti əks etdirmir”, - Müdafiə Nazirliyinin Facebook səhifəsində qeyd edilir. **
R.Kərimov