Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə-Azərbaycan münasibətlərini digər ölkələr üçün nümunə adlandırdı.
“Türkiyə həm sevincdə, həm də kədərdə Azərbaycanın yanındadır. Biz Azərbaycanla ikitərəfli münasibətləri nəinki bölgə üçün, həm də bütövlükdə dünya üçün nümunə olan bir səviyyəyə qaldırdıq”, - “Anadolu” agentliyi Ədoğanın şənbə günü Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxışından sitat gətirir.
Türkiyə lideri bəyan edib ki, “Ankara hər zaman Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qarşı çıxış edib, ədalətin tərəfində olub”.
“Biz dünyanın digər ölkələrinə qarşı ərazi iddiaları ilə çıxış etməmişik, həmçinin öz torpağımızın bir qarışını belə vermək niyyətində deyilik və verməyəcəyik”, - o vurğulayıb.
Ərdoğan əlavə edib ki, “Türkiyə Azərbaycan prezidentinin Ermənistanla uzunmüddətli sülh üzrə səylərini tam şəkildə dəstəkləyir və bu da bölgədə sabitliyin təminatına töhfə verəcək”. **
R.Kərimov