Azərbaycanda koronavirus infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 792 min 757-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün həmçinin 11 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb.
Ölənlərin ümumi sayı 9 min 712 nəfər təşkil edir.
Virusa yoluxmuş 782 min 992 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 53 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 422 (ötən gün 2 min 163 test), hazırkı dövrədək isə ümumilikdə 6 milyon 888 min 708 test aparılıb.**
R.Kərimov