Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, Bakı Zaqreb ilə strateji tərəfdaşlığın möhkəmlənməsinə ümid edir.
“İnanıram ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əsasda səmərəli işbirliyimizin genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl surətdə davam etdirəcəyik”, - Əliyev Xorvatiyanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Xorvatiya prezidenti Zoran Milanoviçə ünvanladığı təbrikdə deyilir.
Təbrik məktubunun mətni şənbə günü Azərbaycan prezidentinin saytında dərc olunub. **
R.Kərimov